"Bayer"in futbolçusu Viktor Bonifeys Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oynaya bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
23 yaşlı hücumçu ötən ay zədələnib və hələ də komandaya qoşulmayıb. Viktorun aprel ayınadək yaşıl meydanlara qayıtmayacağı bildirilir. Bu da o deməkdir ki, Bonifeys "Qarabağ"la hər iki oyunu buraxacaq.
Digər zədəli futbolçu - argentinalı yarımmüdafiəçi Ezekiel Palasios isə "Qarabağ"la matçlara qədər tam sağalacaq.
Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq.
"Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə qalib gəlib. Bonifeys qrup mərhələsində Ağdam təmsilçisi ilə hər iki görüşdə fərqlənib.
Heybət