20.05.25 | Bakı 16.48° C |
10:06:25
Lent :

Evinin damında köməksiz qalan şəxs xilas edildi

18 yan 2024 17:00
HADİSƏ
ads

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində bir nəfər vətəndaşın fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1947-ci il təvəllüdlü V.Quluzadənin yaşadığı birmərtəbəli fərdi evin damına çıxdığı, oradan düşə bilməyərək köməksiz vəziyyətdə qaldığı məlum olub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş damdan endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.48° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur