29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Tez-tez tualetə gedən sərnişin TƏYYARƏDƏN QOVULDU

16 fev 2024 02:00
GÜNDƏM
ads

Kanada hava yolu şirkəti sərnişini tez-tez tualetə getdiyi üçün təyyarədən qovub.

Publika.az xəbər verir ki, hadisə barədə "People" nəşri yazıb.

Hekayə, ölkənin ikinci ən böyük hava yolu şirkəti olan aşağı büdcəli "WestJet" aviaşirkətinin təyyarəsinin göyərtəsində baş verib. Qadının sözlərinə görə, mədəsində problem olduğu üçün uçuşdan əvvəl bir neçə dəfə tualetə baş çəkib. Bunu görən stüardessalar ondan salondan çıxmasını istəyiblər.

Sərnişin jurnalistlərə şikayət edib ki, ona heç bir alternativ, məsələn, otel və ya başqa reys təklif olunmayıb. O, həmçinin təsadüfən təyyarədə pulunu unudub. Nəticədə onun hava limanını tərk etməsi qeyri-mümkün olub. O, aviaşirkətdən otelə taksi üçün pul ödəməsini istəsə də, rədd cavabı alıb. Qadın göz yaşlarına boğularaq sosial şəbəkələrdə öz hekayəsini paylaşıb.

"WestJet" daha sonra kömək etməyə razılaşıb və onun üçün başq bir reysdən yer sifariş edib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur