Lənkəranda bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Gərmətük kəndi ərazisində internet xətti çəkilişi aparılarkən qeydə alınıb.
Belə ki, internet provayderlərindən birinin əməkdaşı, rayonun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Həsənov Cəmil Zöhrab oğlu internet xətti çəkərkən yüksək gərginlikli elektrik xətlərinə toxunub. Bu zaman yüksək gərginlikli elektrik onu yerə çırpıb.
Huşsuz vəziyyətdə olan C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona yerindəcə ilkin tibbi yardım göstərməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb. Onun həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.(“Qafqazinfo”)