Şimali Atlantika Alyansı Əfqanıstan, İraq, Liviya və Ukraynada silahlı münaqişələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.
“NATO dağıntılar törədən maşındır. Alyans bütöv regionlara, eləcə də Ukrayna və Əfqanıstan, İraq və Liviya sakinlərinə müharibə və fəlakət alovunu gətirdi”, - deyə Syaoqanq qeyd edib.
O əlavə edib ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi blokdakı müttəfiqləri dünya münaqişələri haqqında spekulyasiya etməyə davam edirlər.
Syaoqanqın fikrincə, NATO ölkələri özləri haqqında düşünməli və Çini günahlandırmamalıdırlar.
Xatırladaq ki, bundan əvvəl Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu bildirmişdi ki, Avropada yeni dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılması üçün Ukrayna böhranına son qoymaq lazımdır.
Vazeh BƏHRAMOĞLU