Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və körpə xəstəxanaya təhvil verilib.
Uşaq xəstəxanada dərhal həkim nəzarətinə götürülüb.
Qeyd edilir ki, uşaq müalicə aldıqdan sonra aidiyyəti üzrə təhvil veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az