Argentinalı aktrisa və müğənni Natalia Oreyro alt paltarsız libasda bədən quruluşunu nümayiş etdirib.
QÜTB.AZ xəbər verir ki, səhnə ulduzu "İnstagram"da fotosunu yerləşdirib.
47 yaşlı Oreyro büstqalter taxmadan gümüşü torlu paltarda pozalar verib. Aktrisa geyiminə uyğun əlcək də geyinib.
Qeyd edək ki, sənətçi "Divididos" rok qrupunun lideri Rikardo Mollo ilə evlidir. Onlar 2001-ci ilin noyabrında tanış olublar və bir ay sonra evləniblər. 2012-ci ildə aktrisa ilk övladını dünyaya gətirib.
Xatırladaq ki, Natalia Oreyro "Vəhşi mələk" teleserialındakı obrazı ilə dünya şöhrəti qazanıb. (Oxu.Az)