18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Şəki-Zaqatala bölgəsində 300 bal toplayan məktəblilər

10 apr 2025 22:00
GÜNDƏM
ads
Advertisement

2 mart tarixdə keçirilmiş XI sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Orxan Abdulsəmədli, Qəbələ rayonu Uludaş kənd tam orta məktəbin XI sinif şagirdi Ömər Rəsulov və Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Məhəmməd İsmayılov 300 bal toplayaraq maksimum nəticə göstərib.

 

Qutb.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə 100 bal olmaqla, ümumilikdə 300 bal maksimum nəticə hesab olunur.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur