Malayziyanın fırlanan monarxiya sistemində Cohor Sultan İbrahim İsgəndər 5 il müddətinə ölkənin yeni kralı olaraq and içib.
Publika.az xəbər verir ki, Milli Sarayda digər kral ailələri, baş nazir Ənvər İbrahim və kabinet üzvlərinin qatıldığı mərasimdə Sultan İbrahim and içərək rəsmi sənədi imzalayıb.
65 yaşlı Sultan İbrahimin tacqoyma mərasimi daha sonra keçiriləcək. Cohor sultanı vəzifəsini icra edən Sultan İbrahim daşınmaz əmlakdan telekommunikasiyaya qədər bir çox sahədə qurduğu bizneslərlə ölkənin ən zəngin adamlarından biri kimi tanınır.
Qeyd edək ki, Malayziyada Kralın səlahiyyət müddəti bitdikdən sonra Hökmdarlar Konfransı öz aralarında verdikləri qərarla yeni Malayziya kralını seçir.
Qanuna uyğun olaraq, Malayziya Krallığı Qubernatorlar Konfransının üzvü olan 9 dövlət arasından növbə ilə müəyyən edilir. Hökmdarlar Konfransının 2023-cü ilin oktyabrında qəbul edilən qərarına görə, Sultan İbrahim İsğəndər ölkənin yeni padşahı seçilib.
Aysel Şahmar