29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Tehran Şəhər Şurası Rəisi və Abdullahianla bağlı QƏRAR VERDİ

28 may 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Tehranda bir küçə və magistral yolun bir hissəsinin adı təyyarə qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin şərəfinə dəyişdirilib, digər küçəyə isə xarici işlər naziri Hüseyn Əmir Abdullahianın adı verilib.

Publika.az xəbər verir ki, bu barədə Tehran Şəhər Şurası məlumat yayıb.

“Tehranın 15-ci məhəlləsindən Bəsic meydanının kəsişməsindən Bəhmən meydanına qədər uzanan Besat avtomobil yolu, eləcə də İran prezidentinin ofisinin yerləşdiyi Pasteri küçəsinin şərq hissəsi şəhid Ayətullah Rəisinin adını daşıyır”, - məlumatda deyilir.

Həmçinin bildirilir ki, Tehranın Kuşki küçəsi xarici işlər naziri, şəhid Hüseyn Əmir Abdullahianın adını daşıyacaq. Burada ölkənin Xarici İşlər Nazirliyinin binası yerləşir.

Mayın 25-də İranın İsfahanda fəaliyyət göstərən nüvə uran emalı mərkəzinin mətbuat xidməti mərkəzin mərhum prezident Rəisinin adını daşıyacağını açıqlayıb.

İranın bir sıra digər şəhərləri də İranın vəfat etmiş prezidentinin adının küçələrə verildiyini elan ediblər. İbrahim Rəisinin doğulduğu Məşhəd də həmin şəhərlər arasındadır.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur