Baykal gölünün dibində sahildən 40 metr aralıda quraşdırılan iki metrlik cəngavər heykəli sosial şəbəkələrdə qalmaqala səbəb olub və nəzarət orqanlarının diqqətini çəkib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Rise” nəşri məlumat yayıb.
“Bunu kimin quraşdırdığı barədə məlumatım yoxdur. Düşünürəm ki, heç kim yoxdur. Hamı təəccüblənir”, - növbəti məşqi zamanı heykəli görən sərbəst dalğıc Mark Kisurin bildirib.
O, gölün dibində su basmış avtomobillər, qayıqlar və məişət zibillərinin olduğunu görüb. Sərbəst dalğıcın fikrincə, bu fonda cəngavər heykəlinə qəzəblənmək məntiqsizdir.
"Bunun belə bir rezonansa, çoxlu şərhlərə səbəb olmasına çox təəccüblənirəm", - Kisurin deyib.
Yerli media heykəlin "Aqua-ECO" dalğıc mərkəzi tərəfindən qoyulduğunu yazıb. Təşkilat bu məlumatı təkzib edib.
Hüseyn İbadlı