Qarabağımda, Şuşamda, Xankəndimdə 100 ildə ilk dəfə yağısız seçki keçirildi. Zəfərin əbədi olsun, Azərbaycan!
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqramda paylaşdığı videoda qeyd edib. Səs verərkən çəkilən görüntülərini paylaşan sənətçi həm də İlham Əliyevə səs verdiyini qeyd edərək, ürək sözlərini ifadə edib. O, bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.
“Məni Vətənimə qaytaran, Vətəni Vətən edən, başımı uca saxlayan, namusumuzu qoruyan, nəhəng övladıma - İlham Əliyevə səs verirəm. Əcəb edirəm”.