"Çelsi"nin qadınlardan ibarət komandasının futbolçusu Sem Kerr irqçilik qalmaqalının iştirakçısı olub.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, idmançı 2023-cü ilin yanvarında məclisdə xeyli əylənib. Sonra evə gedib və yol boyu taksi sürücüsü ilə mübahisə edib. Mübahisə gediş haqqı üstündə yaranıb. Futbolçunun maşını bulaşdırdığı da qeyd edilir.
Taksi sürücüsü polisə zəng vurub. Avstraliyalı futbolçu polislə mübahisə etməyə başlayıb və onu “axmaq ağ polis” adlandırıb. Hüquq-mühafizə orqanı əməkdaşı Semi bu sözlərə görə irqçilikdə ittiham edərək ona qarşı iddia qaldırıb.
Məhkəmə gələn il keçiriləcək. Avstraliyalının günahkar olduğuna qərar verilsə, 2 il müddətinə həbs oluna bilər.
Heybət