Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Yevgeni Poddubnı Kursk vilayətində həlak olub.
QÜTB.AZ xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin açıqlayıb.
Həmçinin Rusiyanın bir sıra "Telegram" kanalları da onun öldüyü ilə bağlı məlumat yayır.
Kursk vilayətinin sərhəd rayonlarında baş verənləri işıqlandıran hərbi müxbirin Ukrayna silahlılarının hücumuna məruz qaldığı deyilir. Bəzi mənbələr isə onun baş verən toqquşmalar zamanı ğldüyünü bildirir.
Hələlik məlumat rəsmi təsdiqini tapmayıb.