01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

“Evdə tək” filminin çəkdildiyi ev satışa çıxarıldı

27 may 2024 03:00
GÜNDƏM
ads

“Evdə tək” filmindəki böyük Makkallister ailəsinin malikanəsi satışa çıxarılıb.

Publika.az xəbər verir ki, Çikaqo yaxınlığındakı kənddə yerləşən iki tam mərtəbəli və çardaqdan ibarət ev 5,25 milyon dollar dəyərində qiymətləndirilib.

Belə ki, 848 kv.metr sahəsi olan malikanə müasir üslub nəzərə alınmaqla 2018-ci ildə təmir edilib.

Evdə geniş mətbəx, dolab, günəşli tərəfdə ailə otağı, kaminli ekranlı eyvan, idman zalı, kinoteatr və müasir texnika ilə təchiz olunmuş çoxlu otaqlar var. Tavan hündürlüyü təxminən 3,2 metrə çatır. Yaşayış evi səliqəli baxça ilə əhatə olunub, dəmir darvazalar ilə hasarlanıb. Yerli ərazidə böyük idman meydançası, üç qaraj və bir spa sahəsi var.

Ev 1921-ci ildə tikilib. Bütün bu müddət ərzində onun dörd sahibi olub. O, sonuncu dəfə 2012-ci ildə 1,58 milyon dollara satılıb. Sonra o, təxminən bir il satışda qalıb və sahibləri onu 2,4 milyon dollara satmaq istəyiblər.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur