04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Sus kəndində ilk körpə dünyaya gəldi

03 iyl 2024 22:00
GÜNDƏM
ads

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

Publika.az xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin mayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.

“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Doğma yurda dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq … Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqlarmızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.

Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur