Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Müdafiə naziri Suren Papikyanla regiondakı vəziyyəti müzakirə edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, görüş zamanı Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Ermənistanın Müdafiə nazirinə Rusiyanın Ermənistandakı səfirliyinin yeni hərbi məsələlər üzrə attaşesi - polkovnik Aleksandr Qoryanovu təqdim edib.
Suren Papikyan attaşeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.