İran İsrailin raket zərbəsi nəticəsində SEPAH-ın 4 əməkdaşının öldüyünü təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.
“Təcavüzkar rejim qırıcılarının hava hücumu nəticəsində Suriya qüvvələrinin bir neçə əsgəri və İran İslam Respublikasının dörd hərbi müşaviri həlak olub”, – “Tasnim” agentliyi SEPAH-ın bəyanatından sitat gətirib.
Agentliyin məlumatına görə, bir neçə suriyalı mülki şəxs də Dəməşqin Mezze bölgəsində İsrail hava hücumunun qurbanı olub.
“Şərq” qəzetinin məlumatına görə, ölən İran hərbi birləşməsinin zabitləri arasında İİKK Əl-Qüds xüsusi təyinatlılarının kəşfiyyat rəhbərinin müavini, general Sadiq Omidzadə də var.
Tural