28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Siyasi mədəniyyət nümunələri yaratmağa çalışmışam”

22 iyn 2024 07:00
GÜNDƏM
ads

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib. 


QÜTB.AZ həmin müsahibəni təqdim edir:


- Qüdrət bəy, hakim partiyanın heç bir siyasi partiya ilə məsləhətləşmədən seçkinin vaxtının irəli çəkilməsi barədə qərarını necə qarşıladınız?


- Bu, cəmiyyətin siyasi inkişaf səviyyəsinə və demokratik ənənələrə bağlı olan məsələdir. Ümumilikdə isə, mən, seçkilərin iki ay irəli çəkilməsinin əleyhinə deyiləm. Noyabrda çoxsaylı dövlət və hökumət başçılarının da qatılacağı, onminlərlə xarici qonaqların iştirak edəcəyi BMT-nin COP 29 adlanan iqlimlə bağlı konfransı keçiriləcək, ona görə bunu anlayışla qarşılamaq lazımdır.


- Belə bir qərarın qəbul edilməsinin konstitusion əsası varmı?


- Konstitusiyada Prezidentin Milli Məclisi hansı hallarda buraxa biləcəyi və bununla əlaqədar növbədənkənar seçkilərin təyin olunmasına dair tənzimləmə var. Milli Məclisiin öz fəaliyyətini dayandırması və erkən seçkilərə gedilməsinə dair Konstitisiyada hər hansı müddəa yoxdur. Amma bu o demək deyil ki, Konstitusiya bunu qadağan edir. Beynəlxalq təcrübə və hüquq düşüncəsi bu məsələ ilə əlaqədar onu deyir ki, istənilən seçkili orqan və ya seçilən şəxs vaxtından əvvəl yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Bu hüquqi yox, siyasi məsələdir və yalnız siyasi məqsədəuyğunluq baxımından müzakirə predmeti ola bilər.


- Artıq yeni seçkilər ərəfəsində deputatların fəaliyyətini təftiş etməyə başlayıblar. Sizi Sevinc Osmanqızı tənqid edir ki, niyə zamanında deputatların əmək haqlarının qaldırılması təşəbbüsü ilə çıxış etmisiniz. Bu barədə nəsə demək istəyirsiniz?


- Adını çəkdiyiniz şəxs iqtidra layiqincə xidmət edib, iqtidarın neft pullarından milli mənafelərimiz, xalq üçün necə səmərəli istifadə etməsinə, Prezidentin və birinci vitse-prezidentiin reklamına yönələn, yaxşı mənada onların dünyada tanıdılmasına dair CNN daxil nüfuzlu beynəlxalq televiziyalar üçün reportajlar hazırlayıb. Onunla əməkdaşlıqdan mən imtina etməmişəm və onu mən qovmamışam. Mən tək deputatların yox, aztəminatlı insanların, pensiyaçıların, müəllimlərin, həkimlərin, dövlət qulluqçularının, hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi barədə dəfələrlə məsələ qaldırmışam. Həmişə söyləmişəm ki, korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək, ölkənin inkişafına və qanunun aliliyinə nail olmaq üçün ilk növbədə əlində hakimiyyət səlahiyyəti olan şəxslərə layiqli həyatalarını təmin edəcək səviyyədə maaş verilməlidir. Əks halda onların bir qismi qanunları pozacaq və bu da nə iqtisadiyyatın inkişafına ,nə də hüquqi dövlət quruculuğuna imkan verməyəcək. Nəticədə isə bunun əziyyətini sadə insanlar çəkəcək, onlar məmur özbaşınalığı və qanunsuzluqlarla üzləşəcəklər. Sevinckimilər bunu başa düşə bilmirsə, yaxud kin-küdurət onları kor və zəlil edibsə, bu mənim problemim deyil. O, onu da başa düşmür ki, atasının qoyduğu milli addan utanıb, onu dəyişib ingilis adı götürənlərlə bu millətə milli mənafelərdən danışmaq nə qədər böyük rəzalətdir.


Mən seçicilərimlə, insanlarla təmasda həmişə səmimi olmağa çalışmışam, heç vaxt insanların problemlərinə biganə olmamışam. Sadəcə, cəmiyyətin böyük dəyşikliklərə hazır olmadığını, regiondakı gərginliyi görə-görə insanların narazılıqlarından istifadə edərək onları radikallaşdırıb vətəndaş qarşıdurması yaratmağa,onları mərhumiyyətlərlə üz-üzə qoymağa cəhd etməmişəm. Çatışmamazlıqlarla bağlı kəskin tənqidi çıxışlar etsəm də, ölkəmizin gələcəyinə dair fərqli inkişaf konsepsiyası irəli sürsəm də, Prezidentin, iqtidarın əldə etdiyi uğurları qiymətləndirməyi və bu barədə açıq danışmağı bacarmışam. Siyasi mədəniyyət nümunələri yaratmağa çalışmışam. Zaman alacağını bilsəm də, iqtidarla əməkdaşlıq yolu ilə cəmiyyətin inkişafı perspektivinə inanmışam, inanıram. İncidilən insanların problemlərinin həllinə kömək etməyə çalışmışam. Milli mənafelərə cavab verən, vətəndaşlarımızın sosial müdafiəsini gücləndirəcək, inkişafa və təhlükəsizliyə töhfə verəcək dövlət büdcələrinin və qanunların qəbulu üçün bacardığımı etmişəm. Vicdanı olanlar bunu qiymətləndirməyi bacarmalıdır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur