İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə "Yuventus"un və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqbanı 4 il müddətinə diskvalifikasiya edib.
Publika.az xəbər verir ki, 2023-cü ilin avqustun 20-də "Udineze" ilə İtaliya çempionatının ilk tur matçından sonra 30 yaşlı futbolçudan götürülən nümunələr müsbət dopinq testindən keçib.
Onda testosteron metabolitləri aşkar edilib. Təkrar test də ilkin nəticəni təsdiqləyib. Poqba sentyabrda müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.
Poqbanın "Yuventus"la müqaviləsi 2026-cı ilə qədərdir. Turin klubu onunla anlaşmanı pozmaq niyyətindədir.
Qeyd edək ki, Poqba 2018-ci il dünya çempionu və Millətlər Liqasının qalibidir. O, “Yuventus”la 4 dəfə İtaliya çempionu olub, “Mançester Yunayted”lə isə Avropa Liqasının qalibi olub.
Heybət