Rusiyanın Voljsk şəhərinin 48 yaşlı sakini bir-birinə bağlanmış yataq çexollarından istifadə edərək eyvandan aşağı düşməyə çalışıb, amma yıxılıb və aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.
Publika.az xəbər verir ki, RF Fövqəladə Hallar Nazirliyinin mətbuata verdiyi məlumata görə, hadisə martın 14-də baş verib.
Qadının ortağı mağazaya gedərək qapını kilidləyib. Qayıdanda açarları itirdiyini deyib. Sonda o, 4-cü mərtəbədən bir-birinə bağlanmış yataq çexolları vasitəsi ilə enməyə qərar verib və faciə yaşanıb.
Mətbuatda qadının bu hərəkəti sərxoş halda etdiyi qeyd olunur. Volqoqrad vilayəti üzrə İstintaq İdarəsi hadisəni təsdiqləyib.
Hazırda yoxlama aparılır.