28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Siqaret çəkənlərə daha bir bəd xəbər

01 iyn 2024 12:00
GÜNDƏM
ads

Mütəxəssislər siqaretin ağız və diş sağlamlığına ciddi təsir etdiyini, siqaret çəkənlərin ağız xərçənginə tutulma riskinin daha yüksək olduğunu bildiriblər.

Publika.az xəbər verir ki, türkiyəli professor Semih Özbayrak siqaretin diş əti iltihabını artırdığını və dişi əhatə edən sümüyü əridərək diş itkisinə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, az təhlükəli olduğu düşünülən qəlyan və elektron siqaretlər də ağız boşluğunun selikli qişasının rənginin dəyişməsinə, diş daşı əmələ gəlməsinə və ağız qoxusuna səbəb olur.

Professor siqaretin toxuma müqavimətini azaldaraq ağız selikli qişasında xərçəng öncəsi formalaşmalara səbəb ola biləcəyini bildirib: “Xərçəng riski xüsusilə tütün və yüksək konsentrasiyalı spirtdən birlikdə istifadə etməyə davam edənlərdə və 50 yaşdan yuxarı insanlarda 6-15 dəfə artır”.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur