Suriyanın silahlı müxalifət qrupları Hələb və İdlib vilayətlərindən sonra Bəşər Əsəd rejimi qüvvələrinin nəzarətində olan Həma vilayətinə yaxınlaşıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında İdlibin Xan Şeyxun bölgəsini ələ keçirən qruplar irəliləyərək Həmanın şimalındakı Taybetul İmam, Keferzeyte, Keferenbude, Hilfeye, Kaletmadik, Latamine, Soran, Kirnez, Mardes, Hammaiyet və Termele qəsəbələrini də ələ keçiriblər.
Silahlı qruplar M5 magistral yolu üzərində Həmanın ən əhəmiyyətli bölgələrindən olan Morik rayonunu da rejim güclərindən təmizləyiblər.
Zine El Abidin dağını da nəzarətə götürən silahlılar Həma rayon mərkəzindən təxminən 8 kilometr aralıda yerləşirlər.
Hüseyn İbadlı