Bakının Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb.
Publika.az xəbər verir ki, Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasında həkim müəyyənisi başa şatdığı üçün Bakı İstintaq Təcridxanasına qaytarılıb.
Əhməd Əhmədovun hadisəni törədərkən anlaqlı olub-olmaması ilə bağlı yekun rəy hələ hazır deyil. Yaxın günlərdə həkimlərin yekin rəyi açıqlanacaq.
Qeyd edək ki, fevralın 22-də Xətai rayon Məhkəməsinin qərarı ilə Əhməd Əhmədovun tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.
Xatırladaq ki, Xətai rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib.
Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Əhməd Əhmədovun 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib.
Nəticədə Əhməd Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.
Əhməd Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, bu ilin fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra Əhməd Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.