Dəri altında yağ yığılması nəticəsində yaranan qara nöqtələrdən xilas olmaq üçün alınan maskalar yerinə təbii qarışımdan istifadə edə bilərsiniz.
Publika.az xəbər verir ki, kimyəvi tərkibli maskaların əksinə təbii üsullarla hazırladığınız maskalar dərini qidalandırarkən qısa müddətdə qara nöqtə problemindən qurtulmanıza kömək edəcək.
Qara nöqtələrdən qurtulmağın təbii üsulu:
Qara nöqtə maskası hazırlamaq üçün əvvəlcə kiçik bir qabda bir çay qaşığı soda və bir neçə damcı limon qarışdırın. Daha sonra qarışığa limon əlavə edin. Sonra ortaya çıxan qarışığı qara nöqtələr olan nahiyələrə çəkin və dairəvi hərəkətlərlə yumşaq bir şəkildə masaj edin. 15 dəqiqə gözlədikdən sonra dərinizi ilıq su ilə təmizləyə bilərsiniz.
Limonun tərkibindəki C vitamini ilə sodanın kobud strukturu qarışdırıldıqda dərinizi qidalandıran təbii qara nöqtə maskası əldə edəcəksiniz.
Roza