30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Alimlər okeanın 10900 metr dərinliyində görün nə tapdılar

20 fev 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Planetimizin yaşı 4,5 milyard ildir, bəşəriyyətin özü isə 200 min yaşındadır. Geoloji nöqteyi-nəzərdən bu, çox da uzun müddət deyil, lakin bu qısa müddət ərzində insanlar sözün əsl mənasında bütün planetdə - hətta okeanın ən dərin nöqtəsində də öz izlərini buraxa biliblər.

Publika.az xəbər verir ki, bu barədə "IFLScience" yazıb.

Təəssüf ki, bu gün tədqiqatçılar getdikləri hər yerdə insan fəaliyyətinin əlamətləri ilə qarşılaşırlar. Amerikalı coğrafiyaşünas və okeanoloq doktor Don Raytın sözlərinə görə, dünya okeanının ən dərin nöqtəsinə ekspedisiya zamanı alimlər heyrətamiz bir şey kəşf ediblər.

Okeanın ən dərin hissəsi Mariana xəndəyinin cənub hissəsində yerləşir və Challenger dərinliyi kimi tanınır - onun dərinliyi təxminən 10,935 metrdir. Tədqiqatçılar bu nöqtəyə enmək üçün uzaqdan idarə olunan avtomobildən istifadə ediblər.

10 900 metr dərinlikdə doktor Rayt və həmkarları insan fəaliyyətinin əlamətlərini, yəni etiketi olan pivə şüşəsini müşahidə ediblər. Bu zibil okeanın ən dərin nöqtəsinə çatana qədər inanılmaz məsafə qət edib və hələ də üzərində etiket qalıb.

Rayt onu da qeyd edib ki, belə bir tapıntı çox acınacaqlı görünür, çünki insanların özlərinin hələ də çata bilmədiyi yerlərdə insan fəaliyyətinin xoş olmayan izlərinə getdikcə daha çox rast gəlinir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur