Gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 20 min 623 sərnişin mənzil başına çatdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, iki gündə 634 reys həyata keçirilib.
Bayramlarla əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir. Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.