Yaponiya Milli Meteorologiya İdarəsi səhvən maqnitudası 7-dən çox olan yeni güclü zəlzələ barədə elan veriblər.
Publika.az xəbər verir ki, yeni güclü zəlzələ xəbərdarlığından bir neçə dəqiqə sonra yaponiyalı seysmoloqlar yeni zəlzələnin maqnitudasının cəmi 4,6 bal olduğunu bildiriblər.
Hazırda səhv məlumatların dərcinə nəyin səbəb olduğu göstərilmir.
Ümumilikdə, bazar ertəsi Yaponiyanın bu bölgəsində 7,6 bal gücündə zəlzələ də daxil olmaqla, müxtəlif maqnitudalı 40-dan çox zəlzələ baş verib.