06.09.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

14 yaşlı oğlana işgəncə verən xalası falçı imiş

04 sen 2025 23:00
HADİSƏ
ads
Advertisement

Xalası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilən 14 yaşlı oğlanla bağlı yeni detallar üzə çıxıb.

Qutb.az xəbər verir ki, qonşuların sözlərinə görə, yeniyetmə onlardan kömək istəyib və uşaqlar evinə verilməsini xahiş edib.

“Uşaq elə bir vəziyyətdə idi ki, hansı vicdansız buna dözə bilərdi?! Öz ayağı ilə gəlib qapını döyüb yardım istədi. Qanını mən silmişəm. “Xala, mənə kömək edin, məni uşaqlar evinə verin” dedi. Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü. Günay Novruzova falçılıqla məşğul olur, özünü “Hacı xanım” kimi təqdim edirdi. Qadına heç kim söz deyə bilmirdi, çünki bu məhəllədə hamını şantaj edirdi”, – deyə qonşulardan biri bildirib.

Qonşular işgəncə faktını təsdiqləsələr də, uşağın böyük qardaşı deyilənlərlə razılaşmayıb.

“Hər şeyimiz normal olub, heç bir pislik görməmişəm. Mən əsgərlikdə olduğum vaxt qardaşımın o vəziyyətdə olduğunu gördüm. Qonşular burada idilər, amma heç kim mənə deməyib ki, qardaşıma işgəncə verilib. Qardaşım da bu barədə mənə heç nə deməyib. Mən nə görüntülərə, nə xalama, nə də qonşulara güvənirəm. Ekspertizanın cavabını gözləyirəm”, – deyə qardaşı açıqlayıb.

Ətraflı Baku TV-nin süjetində:

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur