02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Messinin göz yaşlarından danışdı: Bir-birimizə baxıb dedik ki...

19 iyl 2024 10:00
İDMAN
ads

Argentina millisinin yarımmüdafiəçisi Rordriqo de Paul Kolumbiya ilə Amerika kubokunun final oyununda (1:0) Lionel Messinin keçirdiyi emosiyalardan danışıb.

Publika.az xəbər verir ki, o, çempionluğu Messi üçün qazandıqlarını deyib:

“Messi meydandan çıxan kimi kameralar ona fokuslandı və onun görüntüsü stadionun nəhəng ekranında nümayiş etdirildi. Onun ağladığını gördük. Həmin an bir-birimizə baxıb dedik: “Biz onun üçün turniri qazanacağıq”. Baxmayaraq ki, yorulmuşduq. Dünya çempionluğu da Messi ilə bağlı idi, bu onun arzusu idi. Çox sağlam hisslər ötürür, komandaya böyük dinclik verir və onu kimi insanı futboldan kənarda da bəyənməmək mümkün deyil.

Bu gün Messi mənim dostumdur. Həyatımın çox çətin anlarında məsləhətləri ilə mənə çox kömək etdi. O, həmişə mənə bir şey söyləmək üçün doğru sözə sahib idi. Mən ona güvənirəm”.

Qeyd edək ki, Messi final oyununun 66-cı dəqiqəsində sağ ayağı burxulduğu üçün oyunu tərk etmək məcburiyyətində qalıb.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur