Xəbər verdiyimiz kimi, dekabrın 3-də Sumqayıtda qaz sızması nəticəsində yaşayış binasında baş verən partlayışda ölənlər olub.
QÜTB.AZ xəbər verir ki, hadisə zamanı aldığı xəsarətlərdən növbəti günlərdə dünyasını dəyişən 1977-ci il təvəllüdlü Ramin Əliyevlə 14 yaşlı Ayxan Əliyev ata-baladır.
R.Əliyev dekabrın 7-də, oğlu isə bu gün həyatla vidalaşıb.
Faciəvi şəkildə ölən ata-balanın fotosunu təqdim edirik:
(Qafqazinfo)