"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabio sosial şəbəkə hesabında türkürpərdən görüntü paylaşıb.
Publika.az xəbər verir ki, fransalı futbolçu sınıq ayaq barmağının rentgen fotosunu yayımlayıb. “Bu gün mənim 200-cü oyunum belə başa çatdı. Dəstəyiniz üçün təşəkkür edirəm”, - deyə fotoya şərh yazıb.
A seriyasının 26-cı turunun “Frozinone” ilə matçının ilk hissəsində (3:2) Rabio komanda yoldaşı Bremerlə toqquşub və nəticədə zədələnib. O, əvəzlənmək məcburiyyətində qalıb. Futbolçu bu gün bir daha tibbi müayinədən keçəcək. Onun bir müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Qeyd edək ki, Rabio 2019-cu ildən "Yuventus"da çıxış edir. Cari mövsümdə yarımmüdafiəçi Turin komandasının heyətində bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi bu ilin iyunun sonuna kimi qüvvədədir.
Heybət