02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bakıda restoranlarda depozit və servis haqqı kəskin artdı

08 mar 2024 19:00
GÜNDƏM
ads
Advertisement

Bu gün 8 martla əlaqədar olaraq bir çox restoranlarda depozit və servis haqqının kəskin artırılması müşahidə olunur.

Belə ki, normal günlərdə 25-30 manat civarı olan depozitlər hazırda 100-120 manat civarında təklif olunur. Eyni zamanda restoranlara müraciət edən vətəndaşlara yer olmaması bəhanə gətirilərək yüksək qiymətlər deyilir.

Bu şəkildə süni qiymət artımına görə qanunvericilikdə cərimə və ya nəzarət tətbiq olunurmu?

Publika.az xəbər verir ki, bu sualı hüquqşünas Şamil Paşayev Referans.az-a açıqlamasında cavablandırıb.

“Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, restoranlarda heç bir formada menyuda yazılmadan xidmət haqqı almaq, servis haqqı istəmək absurddur. Əgər xidmət haqqı varsa, bu mütləq şəkildə menyuda qeyd olunmalıdır”.

Hüquqşünas bildirib ki, restoranlarda tələb olunan depozit haqqı isə ümumiyyətlə ağılabatan deyil.

“Depozit məsələsi qanunvericiliklə tənzimlənmir. Hər hansı bir stola, şəxsə nə yeyəcəyini, hansı miqdarda yeyəcəyini, neçə manatlıq yemək yeməli olduğunu və s. məlumatları insana bildirmək etik deyil. Bu həm etik qaydalara həm də qanuna zidd hərəkətdir. Təbii ki, belə süni qiymət artımlarına görə məsuliyyət tədbirləri nəzərdə tutula bilər. Eyni zamanda bu məsuliyyət tədbirləri ilə deyil, vətəndaş cəmiyyətinin qınağı ilə də həll oluna bilər. Çünki bu həm də mənəvi bir məsələdir. Vətəndaşlar getməməlidirlər o restoranlara, belə restoranların fəaliyyət göstərməsinə dəstək göstərməməlidirlər. Vətəndaş cəmiyyətinin restoranlara qarşı bu etirazı onların da insanlara qarşı belə davranmasının qarşısını alacaq”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur