FIA Ümumdünya Motorsport Şurasının iclasında Formula 1 yarışında ən yaxşı dövrəyə görə əlavə xalın verilməməsi qərara alınıb.
QÜTB.AZ xəbər verir ki, ən sürətli dövrə üçün bonus xalının hesablanması qaydası 2019-cu ildən qüvvədədir. Bir xal almaq üçün sürücü yarışı ilk 10-luqda bitirməlidir.
Yenilik sürücülərə əlavə stimul verməli idi, lakin sonda qayda gözləntiləri doğrultmadı, belə ki, böyük üstünlüklə irəlidə olan sürücülərin pit-stopda dayanaraq ən sürətli dövrəni təyin etməsi halları yarandı.
Bununla əlaqədar, növbəti mövsümdən ən yaxşı dövrəyə görə bonus xalının verilməməsi qərara alınıb.