03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Serbiya qısa zamanda Aİ-yə üzv olmalıdır"

11 fev 2024 10:00
GÜNDƏM
ads

Serbiya Avropa Birliyinə mümkün qədər tez qoşulmalıdır, əks halda Belqrad digər tərəfdaşlarla əməkdaşlığa üstünlük verəcək və Brüssel bu ölkəni itirəcək.

Publika.az report-a istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Ukrayna ilə yeni ekspansiyaya başlamazdan əvvəl köhnə genişlənmə tapşırığını yerinə yetirməliyik. Serbiyanı mümkün qədər tez inteqrasiya etməsək, onu itirəcəyik. Serbiyanın başqa variantları da var. O, yenicə Çinlə azad ticarət sazişi bağladı", - qəzet Orbanın sözlərini sitat gətirib.

Macarıstanın Baş naziri həmçinin iyulun 1-də başlayacaq Avropa İttifaqı Şurasına sədrlik dövründə Qərbi Balkan ölkələrini də əhatə etmək üçün Aİ-nin genişlənməsini Budapeştin "əsas prioriteti" adlandırıb.

Serbiyanın daxili və xarici ticarət naziri Tomislav Momiroviç və Çin Xalq Respublikasının ticarət naziri Van Ventao 17 oktyabr 2023-cü il tarixində Pekində iki ölkə arasında azad ticarət sazişi imzalayıblar. Serbiya Prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, sənəd 2024-cü ilin may-iyun aylarında qüvvəyə minə bilər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur