CHP lideri Özgür Özəlin AK Partiya üçün “yol ortağı” ifadəsi işlətməsi Rəcəb Tayyib Ərdoğanı qəzəbləndirib.
Publika.az xəbər verir ki, AK Partiya İdarə Heyətinin sədri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında açıqlama verib. Siyasətdə normallaşma prosesinə də toxunan Ərdoğan Özgür Özələ münasibətlərin mülayimləşməsi üçün xəbərdarlıq edib:
“Müxalifətin əhatəli bir dillə yanaşmasını gözləyirik. Bütün səmimiyyətimizə baxmayaraq müxalifətin səylərimizə necə cavab verdiyini görürsünüz. Konstruktiv davranmağa çalışarkən millətimiz CHP liderinin necə sürükləməyə çalışdığını izləyir. Siyasətdə 22 ildir getdiyimiz bu yolda CHP-li dostlarımızdan heç bir nəzakət görmürük. Biz yumşaq başlıyıq, amma heç kəs unutmasın ki, kəsiləcək itaətkar qoyunlar deyilik”.
Aysel Şahmar