29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Zəhərli kirpi balıqları istiqaməti dəyişdi: Bu dənizə yönəldilər

23 yan 2024 02:00
GÜNDƏM
ads

Qırmızı dənizdən gələn və mövsümi normaların üstündəki temperatur səbəbiylə Aralıq dənizində məskunlaşan zəhərli kirpi balıqları Egey dənizindən sonra yolunu Mərmərə dənizinə çevirib.

Publika.az xəbər verir ki, bu barədə İstanbul Balıqçılıq Kooperativləri Dərnəyinin sədri Ərdoğan Kartal məlumat verib. O bildirib ki, iqlim dəyişikliyi dənizlərə də təsir edib. Qaraciyərindən ifraz etdiyi zəhərlə insanlar və digər balıqlar üçün öldürücü olan kirpi balığı Hind okeanını keçərək Egey dənizinə gəlib.

Dərnəyinin sədri Ərdoğan Kartal bu balığın gəldiyi mühitə dərhal uyğunlaşdığını və invaziv bir növ olaraq xarakterizə edildiyini, Egeydən sonra Mərmərəyə də yayılma riskinin olduğunu bildirib:

“İstiləşmə balığın uzunluğunu, çoxalma keyfiyyətini, hətta yaşadığı yeri belə dəyişdirir. Bu səbəblə Mərmərədə, hətta Qara dənizdə zəhərli kirpi balığını görə bilərik. Bu növ çox tez çoxalır və zəhərli olduğu üçün ətrafındakı balıqların sağ qalmasına təsir edir. Həmçinin balıqçıların torlarına da xeyli ziyan vurur”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur