Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərova yeni vəzifə verilib.
O, U-17 və U-20 qadınlardan ibarət güləş üzrə milli komandaların böyük məşqçisi təyin olunub.
Hazırda komanda onun rəhbərliyi altında Göygöldə təlim-məşq toplanışında iştirak edir.