Dünya şöhrətli aktrisa və müğənni Selena Qomez milyarderlər siyahısına düşüb.
QÜTB.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, 32 yaşlı müğənni Hollivudun ən gənc milyarderlərindən biri kimi tarixə adını yazdırıb.
Sənətçinin hazırda 1,3 milyard dollar sərvəti var. O, bu sərvətin əsas hissəsini (1,1 milyard dollar) özünün təsis etdiyi "Rare Beauty" brendi sayəsində əldə edib.