Rusiyanın Belqorod vilayətinin Şebekino kəndi atəşə tutulub.
Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov "Telegram"da bildirib.
Qladkovun sözlərinə görə, Şebekinoda 8 çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.
“Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib.