26.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

26 okt 2025 11:49
SƏHİYYƏ
ads
Advertisement

Əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, tibb müəssisələrində göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin sayının artırılması və təkmilləşdirilmə işlərinin aparılması istiqamətində tədbirlər davam edir.


Oftalmoloji sahənin inkişafı istiqamətində həyata keçirilən növbəti yeniliklərdən biri Abşeron Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Tibb müəssisəsində göz əməliyyatlarının icrasına başlanılıb.


“Xarici çəpgözlük” (exotropiya) diaqnozu təyin edilən pasiyent üzərində həyata keçirilən ilk cərrahi əməliyyat uğurla başa çatıb. Prosedur zamanı gözün daxili düz əzələsi qısaldılıb, xarici düz əzələsi isə uzadılıb. Bu üsul vasitəsilə göz bəbəklərinin paralel vəziyyətə gətirilməsi, baxış istiqamətinin normallaşdırılması və estetik görünüşün bərpası təmin olunub.


Hazırda pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, bu, Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz cərrahiyyəsi sahəsində yenilikdir və gələcəkdə bu istiqamətdə daha çox cərrahi prosedurların həyata keçirilməsi planlaşdırılır.


Tibb müəssisəsində göz müayinələri və əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur