03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Toplum tv” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçildi

08 mar 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib.

Publika.az Report-a istinadən xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Akif Qurbanov 4 ay, Əli Zeynalov ay, Mövsüm Cabarov ay, Ramil Babayev 4 ay, İlkin Əmrahov isə 4 ay müddətə həbs olunublar.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur