Fransanın "Reyms" klubunun və Yaponiya millisinin cinah oyunçusu Cun İto ikiqat zorlamada ittiham olunaraq istintaqa cəlb olunub.
Publika.az xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.
İki qadın İto tərəfindən cinsi təcavüzə məruz qaldıqları ilə bağlı Yaponiya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Onlar deyirlər ki, futbolçu onlara spirtli içki verib və ötən yay Osakadakı oteldə razılıq olmadan cinsi əlaqədə olub.
İto özü də iki qadınla vaxt keçirdiyini inkar etmir. Lakin idmançının vəkili qadınların ifadələrindəki ziddiyyətlərə və sübutların olmamasına diqqət çəkərək, zorlama ittihamlarını tamamilə əsassız adlandırıb.
Heybət