Bu gün Bakı Ali Neft Məktəbində FİSO Beynəlxalq ingilis dili olimpiadası üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, qaliblərin siyahısında şəhid polkovnik Vüqar Yusifovun oğlu Yusifzadə Yusifin də adı yer alıb.
Yusif yarışmada 3-cü yeri qazanaraq bürünc medala layiq görülüb. Dünyanın 38 ölkəsi tərəfindən rəsmi olaraq tanınan Beynəlxalq İngilis Dili Yarışması - FISO –da bütün iştirakçılar Beynəlxalq sertifikat əldə ediblər.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi, polkovnik Vüqar Yusifov 2016-cı ilin aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 6 aprel 2016-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dəfn olunub.
Şəhid polkovnikin iki qızı, bir oğlu yadigar qalıb.