Bolqarıstan hakimiyyəti ABŞ sanksiyaları fonunda ödəniş problemləri səbəbindən Rusiya təbii qazının Mərkəzi Avropaya tranzitini dayandırmaq məcburiyyətində qala bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilir ki, Bolqarıstan ərazisindən qazı Serbiya və Macarıstana tədarük etməyə imkan verən boru kəməri keçir və onun tutumunun böyük hissəsi “Qazprom”a məxsusdur.
Bununla belə, Rusiyanın qaz nəhəngi dövlət şəbəkə operatoru “Bulgartransqaz”a pul ödəmək üçün ABŞ-ın sanksiya tətbiq etdiyi “Qazprombank”dan istifadə edir.
Nəticədə Sofiyada bu təchizatların etibarlılığı ilə bağlı suallar yaranıb. Bolqarıstanın energetika naziri Vladimir Malinov artıq bildirib ki, “Bulqartransqaz” müqaviləsini ciddi şəkildə yerinə yetirəcək və xidmət haqqı ödənilməsə, təbii qazın tranzitinə icazə verməyəcək... “Qazprom” həll yolu tapmalıdır”.
Tural