29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Şimal Xaçı" bağlantısı: Almaniya hələ də irqçilərin şok planını müzakirə edir

20 yan 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Almaniya neo-nasist qrupların, bəzi irqçi zənginlərin və irqçi partiya AfD rəhbərlərinin gizli toplantısından danışır. Ölkəyə gələn mühacirlərin necə deportasiya ediləcəyini müzakirə etdikləri görüş Almaniyanı silkələyib.

Publika.az həmin qrupların Potsdam şəhərində “immiqrantların ölkədən çıxarılmasını" müzakirə etmək üçün toplantı keçirdikləri barədə məlumat vermişdi. Görüşdə sağçı ekstremist Moriqin ailəsinin də olduğu qeyd edilir. Tarixi "Landhaus Adlon" otelində keçirilən yığıncaqda seçki işləri və fəaliyyətlər üçün pul yığıldığı, qrupa daxil olmaq üçün 5 min avro üzvlük haqqı ödənildiyi bildirilir.

Neonasist təşkilatının onlayn çat şəbəkəsi vasitəsilə təşkil edildiyi müəyyən edilib. Alman polisinin təqib etdiyi Nordkreuz təşkilatına qarşı daha əvvəl də əməliyyat keçirildiyi, qrup üzvlərinin evlərində minlərlə güllə, cəsəd torbası ələ keçirildiyi bildirilir.

Qrup üzvləri arasında həkimlər, keçmiş hərbçilər, polislər və hətta snayperçilərin də olduğu iddia edilir. Nordkreuz qrupu Almaniya mətbuatında da "ölüm siyahıları" hazırladığı iddiası ilə gündəmə gəlib. Hessen əyalətində qruplaşmanın 1100 üzvündən ibarət “düşmən siyahısı”nın ələ keçirildiyi bildirilib.

Toplantıdan sızan və Alman mediasında yer alan xəbərlərə görə, gündəmə gələn bir başqa plan isə mühacirlərin toplanaraq Şimali Afrikada yaradılacaq nümunə dövlətə yerləşdirilməsi olub. Sözügedən planın Adolf Hitler tərəfindən İkinci Dünya Müharibəsindən əvvəl yəhudilər üçün irəli sürüldüyü və Hitlerin yəhudiləri Madaqaskara göndərməyi planlaşdırdığı ifadə edilir.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur