16.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim etdi, taksi sürücüsünün telefonunu götürüb qaçdı -

18 noy 2023 10:00
GÜNDƏM
ads

Özünü "Azəriqaz"ın əməkdaşı kimi təqdim edən şəxs taksi sürücüsünün telefonunu oğurlayıb.

Milli.Az bildirir ki, zərərçəkmiş Vasif Məmmədov Day.Az-a açıqlamasında hadisənin "Koroğlu" Metrostansiyasının ətrafında baş verdiyini deyib. 

O bildirib ki, həmin şəxs telefonu ondan danışmaq üçün istəyib: "Axşam saatlarında bir nəfər maşına əyləşdi. Binə sürməyimi istədi. Qəsəbədə bir neçə ünvanda dayandıq. Özünü "Azərqaz"ın əməkdaşı kimi təqdim eedirdi. Daha sonra "Koroğlu" metrosuna gəldik. Metoya çatanda telefonumu istədi ki, zəng vursun. Məndə verdim. Danışa-danışa maşından düşdü. Anidən qaçmağa başladı. Maşını pis yerdə saxladığımı üçün arxası ilə qaça bilmədim".

Vasif Məmmədovun sözlərinə görə, həmin şəxs Binə qəsəbəsində qaz borcu çox olan obonentləri tanıyırdı. "Orada qaza çox borcu olan sakinlərdən pul aldı. Bir qadından 60 manat aldığını dəqiq bilirəm".

Qeyd edək ki, hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Zərərçəkmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edib. Fakt araşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur