07.11.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Güclü leysan yağdı, bu rayonda 300-dən çox ev su içində qaldı

12 okt 2024 20:00
GÜNDƏM
ads
Advertisement

Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.

Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.

Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.

Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.

Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.

xxx

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.

Bu barədə QÜTB.AZ-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.

Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur