Müşahidə missiyamız seçkilərə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb.
Publika.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrin nəticələrinə dair brifinqdə deyib.
O bildirib ki, missiya seçki günü Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər aparıb: “Seçki prosesi zamanı missiyamız heç bir qanunsuzluq, narazılıq müşahidə etməyib. Hər şey qanunauyğun idi. Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Müşahidə missiyamız seçkilərə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb.
Seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu. Müşahidəçilər bütün məntəqələrdə seçkilərə nəzarət edə bilirdi. Həmçinin missiya onu da müşahidə etdi ki, bütün seçki məntəqələri lazımi texnikalarla təmin olunmuşdu. Nəticə olaraq missiya bu qərara gəldi ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri açıq və şəffaf keçirilib”.
Aysel Şahmar