Ağ Ev Çindən Rusiyaya tədarük edildiyi iddia edilən çiplərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Materialda dəyişikliklərin xüsusilə yarımkeçirici çiplərə təsir edəcəyi deyilir.
Qeyd edək ki, ABŞ administrasiyasının Rusiyaya Amerika texnologiyalarından istifadə etməklə istehsal olunan yarımkeçirici çipləri tədarük etdiyi iddia edilən Çin firmalarına sanksiya tətbiq edəcəyi gözlənilir.
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bir gün əvvəl demişdi ki, ABŞ tezliklə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan edəcək.
Adəm